Asiya İnkişaf Bankı Azərbaycanla bağlı gözləntilərini AÇIQLADI | Icma.az
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq. Asiya İnkişaf Bankı (ADB) Azərbaycan dövlət büdcəsi ilə bağlı gözləntilərini açıqlayıb.
Modern.az xəbər verir ki, ADB dövlət büdcəsinin kəsirinin 2025-ci ildə ÜDM-in 2.4%-nə, 2026-cı ildə isə 2.0%-nə qədər artacağı proqnozlaşdırılıb.
Qeyd edilib ki, 2025-ci ildə büdcə gəlirləri ÜDM-in 30%-i səviyyəsində gözlənilir.
Bunun 12%-ni vergi, 7%-ni qeyri-vergi gəlirləri, 11%-ni isə Dövlət Neft Fondundan (ARDNF/SOFAZ) transfertlər təşkil edəcək.
Büdcə xərclərinin isə ÜDM-in 32%-i səviyyəsində olacağı proqnozlaşdırılır.
Bunun 19%-i cari xərclərə, 11%-i isə əsas kapital qoyuluşlarına (investisiya xərclərinə) ayrılacaq.
"Sosial müdafiə xərclərinin 8% artacağı və ümumi büdcə xərclərinin təxminən 12%-ni təşkil edəcəyi gözlənilir.
Dövlət investisiya xərclərinin isə ÜDM-in 2%-nə qədər azalacağı proqnozlaşdırılır" - ADB əlavə edib.
Tam oxu
Xəbəri oxu