Asiya Kubokunda Azərbaycanı dörd cüdoçu təmsil edəcək

02.07.2025

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

3-4 iyulda Qazaxıstanın Almatı şəhərində yeniyetmələr arasında Asiya Kubokunda Azərbaycanı dörd cüdoçu təmsil edəcək. Bu barədə SİA-ya Azərbaycan Cüdo Federasiyasının mətbuat xibmətindən məlumat verilib.

Qızlardan Fatimə Abdullayeva (44 kq), Könül Eyvazlı (52 kq), oğlanlardan Nicat Şıxızadə (60 kq) və İlkin Qarayev (66 kq) tatamiyə çıxacaqlar.

Onlıar Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri Natiq Bağırovun rəhbərliyi altında yarışa qatılacaqlar.

Turnirdə 10 ölkədən 459 idmançı qüvvəsini sınayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью