Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Hindistanın Qərbi Benqal ştatında Nipah virusuna iki yoluxma faktı qeydə alındıqdan sonra bir neçə Asiya ölkəsinin hava limanlarında gücləndirilmiş nəzarət tədbirləri tətbiq edilib.
Redaktor.az bu barədə "The Guardian" qəzetinə istinadən xəbər verir.
Qeyd olunub ki, Hindistandan gələn sərnişinlər Tailand, Nepal və Vyetnamda xüsusi qaydada yoxlanılacaqlar. Myanma Qərbi Benqala zəruri olmayan səfərlərdən çəkinməyi tövsiyə edib, Çin isə sərhədyanı rayonlarda profilaktik tədbirləri gücləndirib.
Hindistan tərəfi, öz növbəsində, yoluxma hallarının artması barədə məlumatları "spekulyativ və yanlış" adlandırıb. Hindistan Səhiyyə Nazirliyi xəstələrlə təmasda olan 200-ə yaxın şəxsin testdən keçdiyini və yeni yoluxma ocaqlarının aşkar edilmədiyini bildirib.