525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İranın paytaxtında Asiya Merlər Forumunun 7-ci Baş Assambleyası və onun İcraiyyə Şurasının iki günlük toplantısı olub.
“Tehran Şəhər Sammiti 2025”-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev də iştirak edib.
Tədbirdə son bir il ərzində görülmüş işlər və gələcək planlar müzakirə edilib. Üzv şəhərlər Forumun siyasəti və fəaliyyətləri barədə fikir mübadiləsi aparıb və əməkdaşlığı gücləndirmək üçün təkliflər irəli sürüblər.
Qonaqlar şəhərin sənaye müəssisələrində, tarixi məkanlarında və Fəlakətlərin Qarşısının Alınması və İdarə Edilməsi Təşkilatında olublar.
İki günlük müşavirəddən sonra İranın paytaxtında Asiya şəhərlərinin xüsusiyyətlərinə işarə olan “Kərpic Festivalı” da keçirilib.
Festival zamanı 2026-cı il üçün Düşənbə şəhərinin Asiyanın Mədəniyyət Paytaxtı, Bağdad şəhərinin Turizm Paytaxtı, Dubayın isə Ətraf Mühit Paytaxtı seçildiyi təntənəli şəkildə elan edilib.
Zakir Muradov, Gəncə