Teleqraf.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında yaşadıqları ölkələrdə məşhurluq qazanan, amma azərbaycanlı olduqlarını çox az adam bilən, əksəriyyətinin isə bundan xəbərsiz qaldığı şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.
Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs də onlardan biridir.
Şöhrə Bayat Ümumdünya Şahmat Federasiyasının (FIDE) beynəlxalq dərəcəli hakimlər siyahısındadır və FIDE-nin hakimlər komitəsinin üzvüdür.
Asiyada A dərəcəli ilk və yeganə beynəlxalq şahmat hakimi və FIDE-nin müəllimidir.
2016-2019-cu illərdə İran Şahmat Federasiyasının katibi olub. Şöhrə Bayat 1987-ci il martın 13-də İranın Rəşt şəhərində anadan olub.
Ata tərəfdən yəhudi olan nənəsi İkinci Dünya Müharibəsi illərində Azərbaycanın paytaxtı Bakıdan İrana köçüb.
Ailə uzun müddət yəhudi kimliklərini gizli saxlayıblar. Şahmatçı ata tərəfdən həm də Bayat türklərindəndir, soyadı da buradan gəlir.