Asiyada Millətlər Liqası yaradılacaq

10.10.2026

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Asiyada Millətlər Liqası yaradılacaq

Asiya Futbol Konfederasiyası (AFC) 2030-cu ildən etibarən Millətlər Liqasının təşkilini nəzərdən keçirir.

QOL.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Yeni turnir dünya çempionatı və Asiya Kubokunun seçmə mərhələlərində genişmiqyaslı islahatların bir hissəsi olacaq. Yarışın Avropa, KONKAKAF və Afrika zonalarında tətbiq edilən modelə uyğun təşkili planlaşdırılır.

Millətlər Liqasının iki ildən bir keçirilməsi nəzərdə tutulur. İştirakçılar üç diviziona bölünəcək. İlk iki divizionda 18, üçüncüdə isə 11 yığma yer alacaq. Avropadakı turnirdə olduğu kimi, komandalar arasında divizion yüksəlişi və aşağı liqaya düşmə sistemi tətbiq ediləcək.

Dünya çempionatının seçmə mərhələsi ilə əlaqəli dövrlərdə yüksək divizionun ən yaxşı 6 komandası mundiala birbaşa vəsiqə qazanacaq. 7–10-cu yerləri tutan yığmalar isə Asiya üçün nəzərdə tutulan əlavə iki vəsiqə uğrunda mübarizə aparacaq. Bundan başqa, üçüncü yeri tutan komandanın digər konfederasiyaların iştirakı ilə keçirilən pley-off mərhələsinə qatılması planlaşdırılır.

2030-cu ildən etibarən Asiya Kubokunun seçmə mərhələsinin də Millətlər Liqası vasitəsilə keçirilməsi nəzərdə tutulur. Bununla konfederasiya qitənin iki əsas turniri üzrə seçmə yarışlarını vahid sistemdə birləşdirməyi hədəfləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью