Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
Marselo Brozoviç Asiyadan Avropaya qayıtmaq qərarına gəlib.
"Football-plus.az" xəbər verir ki, “Əl-Nəssr” təcrübəli futbolçu ilə yolları ayırmağa hazırlaşır.
Səudiyyə Ərəbistanı klubunun rəhbərliyi 33 yaşlı xorvatiyalı yarımmüdafiəçi ilə müqaviləni yeniləməyi planlaşdırmır. Məlumata görə, futbolçu yeni sözləşmə ilə bağlı danışıqlarda irəliləyiş olmadığı üçün menecerinə Avropa klubları ilə danışıqlar aparmağı bildirib.
Xatırladaq ki, Brozoviç “Əl-Nəssr”ə 2023-cü ildə “İnter”dən 15 milyon avroya keçib. Onun hazırkı klubu ilə müqaviləsi bu ilin iyununa qədər qüvvədədi.
Təcrübəli orta sahə oyunçusu cari mövsüm bütün turnirlərdə 22 oyuna çıxıb, 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.