Asiyalılar Rusiyada terror törətmək istədilər

27.12.2024

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Rusiya polisi Mərkəzi Asiyadan olan mühacirlər tərəfindən hazırlanmış terror aktının qarşısını alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşri məlumat yayıb.

“Mərkəzi Asiyadan olan mühacirlər Rusiya Daxili İşlər Nazirliyinin paytaxt idarəsi haqqında məlumat toplayıb, içərisində propan balonları yerləşdirdikləri avtomobil alıb və əldəqayırma partlayıcı qurğu hazırlamağa başlayıblar. Saxlanılarkən silahlı müqavimət göstəriblər və cavab atəşi ilə məhv ediliblər. Faktla bağlı terror aktına hazırlıq maddəsi ilə cinayət işi başlanıb”, – deyə məlumatda vurğulanıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью