ASK Arena da hansı işlər görüləcək?

09.07.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Bu işlər "Barselona" futbol klubunun uşaq futbol məktəbinin ölkəmizdə planlaşdırılan açılışı çərçivəsində həyata keçirilir".

Oxu.Az xəbər verir ki, bunu "AzFar" şirkətinin nümayəndəsi jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, sahəsi təxminən 9500 kvadratmetr olan əsas meydançanın, eləcə də sahəsi təxminən 4200 kvadratmetr olan yardımçı məşq meydançasının bərpası və yeni qazon örtüyünün quraşdırılması "AzFar" şirkəti tərəfindən icra olunacaq.

Qeyd edək ki, İspaniyanın "Barselona" klubunun Bakıda açılacaq akademiyası ilə bağlı "ASK Arena"da təmir-bərpa, yenidənqurma işlərinə başlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью