Aslan Abakarov 36 aylıq diskvalifikasiya edildi

20.06.2025

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) güləşçi Aslan Abakarovu 36 aylıq diskvalifikasiya edib.

Bu barədə "Unikal"a AMADA-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, buna idmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu və idmançı tərəfindən qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdi səbəb olub.

Fevralın 7-də tətbiq edilən sanksiyanın müddəti 2028-ci il fevralın 7-də başa çatacaq.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью