Icma.az bildirir, Apasport saytına əsaslanaraq. “Neftçi”nin məğlub olmasında əsas rol oynayan bir neçə məqam var idi.
Düşünürəm ki, bunlardan biri kobud səhvlər idi”. Bu sözləri apasport.az saytına açıqlamasında Aslan Kərimov deyib.
Mütəxəssis “Neftçi” - “Qarabağ” matçını dəyərləndirib: “Belə səhvlər buraxmaq olmaz.
Hələ rəqib “Qarabağ”dırsa, etdiyin səhvin nəticəsində qapında qol görəcəksən.
Hər üç qola baxası olsaq, görərik ki, ən azı ikisində ciddi səhvlər var.
“Ağ-qaralar”da keyfiyyət açıq-aşkar ağdamlıların futbolçularından aşağı səviyyədə idi. Oyunçular bir-biri ilə müqayisə olunası deyil.
“Qarabağ” yaratdığı qol imkanlarını reallaşdıra bilir. Amma “Neftçi” belə fürsətlər yaratsa da, sonluğu gətirə bilmir.
İlk hissədə bunlardan birində hücumçu topu ram edib qapıya yönələ bilmədi. Orda normal hücumçu olsaydı, topu qapıya doğru vuracaqdı.