futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
AFFA və Bakı Futbol Federasiyasın təşkil etdiyi növbəti D kateqoriyalı məşqçi kursunun ikinci gününün nəzəri məşğələlərində AFFA-nın Məşqçiləri Maarifləndirmə şöbəsinin rəhbəri Aslan Kərimov kurs iştirakçıları ilə öz peşəkar təcrübəsini bölüşüb, məşqçilik fəaliyyəti ilə bağlı tövsiyələrini verib.
Futbolpress.az xəbər verir ki, o, məşqçilərin daim öyrənməsinin, bilik və bacarıqlarını inkişaf etdirməsinin, xüsusilə də uşaq futbolunda düzgün yanaşmanın vacibliyini vurğulayıb və kursa Regon Liqasının məşqçilərinin cəlb olunmasının təqdirəlayiq olduğunu bildirib:
“Bu kursların sayəsində Region Liqasında çalışan məşqçilər lisenziyalar alacaqlar. Bizim, AFFA olaraq, buna çox ehtiyacımız var idi. Şübhə yoxdur ki, regionlarda lisenziyalı məşqçilərin fəaliyyət göstərməsi futbolumuza öz töhfəsini verəcək”.