Aslan Kərimov: Əsas məsələ sona qədər diqqətli və ehtiyatlı oynamaqdı

13.07.2026

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Sabah"ın TNS ilə ilk oyununda üstünlük tamamilə Azərbaycan təmsilçisinin tərəfində idi. Komanda hər iki hissədə topa nəzarət etdi və oyunun gedişatını diktə edən tərəf oldu". Bu sözləri Sport24.az-a açıqlamasında Aslan Kərimov deyib.
Təcrübəli mütəxəssis "Sabah"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin TNS-lə cavab matçından gözləntilərini bölüşüb:
"Sadəcə, yaradılan qol imkanlarını matçın sonlarına yaxın dəyərləndirmək mümkün oldu. Bununla belə, 2:0 hesablı qələbə hələ "mərhələ keçirildi" anlamına gəlmir. Futbolda arxayınlıq və konsentrasiya itkisi baha başa gələ bilər. Xüsusilə də ilk hissədə buraxılacaq qol "Sabah"ın oyun planını poza, rəqibə isə əlavə motivasiya verə bilər.
Təbii ki, cavab görüşündə TNS daha çox hücum etməyə məcbur olacaq. Bu isə "Sabah" üçün əks-hücumlarda geniş imkanlar yaradacaq. Düşünürəm ki, Azərbaycan təmsilçisi bu cür təzyiqli oyunlarda kifayət qədər təcrübəyə malikdir və qarşılaşmanı düzgün idarə etməyi bacaracaq. Əsas məsələ sona qədər diqqətli və ehtiyatlı oynamaq, əldə olunan üstünlüyü qorumaqdır".
Xatırladaq ki, "Sabah" - TNS matçı iyulun 14-də, Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. İlk görüşdə Azərbaycan çempionu 2 cavabsız qolla qalib gəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью