Aslan Kərimov: “Geridönüş yoxdur, kobud səhvlər etmək olmaz”

14.11.2024

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan millisi UEFA Millətlər Liqasının V turunda Estoniya ilə qarşılaşacaq. Noyabrın 16-da Qəbələ şəhər stadionunda keçiriləcək görüşə saat 18:00-da start veriləcək.

Azərbaycan yığmasının sabiq futbolçusu Aslan Kərimov “FutbolPress“ə açıqlamasında matçdan gözləntilərini bölüşdü:

“Estoniya ilə matçda mütləq qələbə qazanılmalıdır. Artıq geridönüş yoxdur, kobud səhvlər etmək olmaz. Estoniya ilə səfər matçında böyük üstünlüyümüz olsa da, əks-hücumlardan qollar buraxdıq. Qəbələdə bunlara hazır olmalıyıq. Rəqibin tək düşüncəsi əks-hücumlardan qol vurmaq olacaq. İnanmıram ki, başqa silahları olsun. Bir də, standart vəziyyətlərdə diqqətli olmalıyıq. Düşünürəm ki, Estoniyanı məğlub edəcəyik”.

Millinin növbəti rəqibi İsveç olacaq. Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv noyabrın 19-da Stokholmda bu komanda ilə üz-üzə gələcək. Kərimov millinin İsveç səfərindən xalla dönməsinin real görünmədiyini bildirdi:

“İsveçlə oyunda şansımız çox deyil. Hazırda orda soyuq hava şəraiti var və futbolçularımız buna uyğunlaşmayıblar. Bu, bizə mənfi təsir edə bilər. Bakıda İsveçə qarşı çox yaxşı oynamışdıq, amma səfərdə çətin olacaq. Onlardan xal götürmək real görünmür”.

Şahin Cəfərov

Əsas xəbərlər, Ölkə futbolu “Vacibdir ki, ilk dəqiqələrdən hesabı açaq” – Arif Əsədov

13 Noyabr 2024, 20:52

Əsas xəbərlər, Ölkə futbolu Millimizin baş məşqçisi məğlubiyyəti belə şərh etdi

13 Noyabr 2024, 18:44

Əsas xəbərlər, Ölkə futbolu Santuş: “Heç nə bizi yolumuzdan geri çəkə bilməz”

8 Noyabr 2024, 12:41

Əsas xəbərlər, Ölkə futbolu Azərbaycan yığmasından qələbə

31 Oktyabr 2024, 18:53

Əsas xəbərlər, Ölkə futbolu Siyasət Əsgərov: “Nəticəyə görə heyfsilənirik”

30 Oktyabr 2024, 13:10

Əsas xəbərlər, Manşet, Ölkə futbolu “Mübahisəli hakim qərarları ilə önə çıxan turda sürpriz nəticə

29 Oktyabr 2024, 14:25

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью