Aslan Kərimov: Günah Vaqif Cavadovdadır? Məncə, yox

10.03.2025

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Sumqayıt" "Kəpəz"ə məğlub olsa, Vaqif Cavadov istefa versə, qərarına hörmətlə yanaşmaq lazımdır". Bunu Sport24.az-a Aslan Kərimov deyib.

Təcrübəli  mütəxəssis "Sumqayıt"ın uğursuz nəticələrində Vaqif Cavadovun günahsız olduğunu bildirib:

"Mənə görə çempionatı sona çatıdırıb, daha sonra fikir bildirmək olar. Çempionatda bir komandaya məğlub olandan sonra baş məşqçini istefaya göndərmək lazım deyil. Günah Vaqif Cavadovdadır? Məncə, yox. Keyfiyyət və bəxt amili əsas rol oynayır. Son zamanlarda 5-6 oyunçusu zədəli oldu, keyfiyyət aşağı düşdü. İndiki dövrdə problem baş məşqçidə deyil".

Xatırladaq ki, bu gün saat 17:00-da "Sumqayıt" "Kəpəz"i qəbul edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью