Aslan Kərimov: Hər iki komanda hücumda yaxşı təsir bağışlasa da...

02.04.2025

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

"Neftçi" - "Sabah" cütündə aşkar favorit yoxdu. demək olar ki, iki eyni səviyyəli komandaların qarşıdurmasını izləyəcəyik". Bu sözləri Sport24.az-a açıqlamasında Aslan Kərimov deyib.

Ölkə kubokunun yarımfinalının ilk oyunu ərəfəsində komandaların şanslarını dəyərləndirən təcrübəli mütəxəssis hər iki kollektivin müdafiədə zəif təsir bağışladığını da vurğulayıb:

"Hər iki komanda hücumda yaxşı təsir bağışlasa da, müdafiədə o qədər də etibarlı deyillər. Bundan başqa "Sabah"ın cinah yarımmüdafiçiləri "Neftçi"nin vingerləri ilə müqayisədə daha keyfiyyətlidirlər. "Ağ-qaralar"ın müdafiəçiləri meydanın özlərinə aid hissəsindən topla çıxarkən ötürmələrdə yetərincə səhvlərə yol verirlər ki, bu da rəqibə əks-hücum qurmağa imkan verir".

Qeyd edək ki, "Neftçi" – "Sabah" oyunları bu gün saat 19:30-da "Neftçi Arena"da baş tutacaq. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью