Aslan Kərimov: Məncə, Bilbaodan 1 xal gətirə biləcəyik | Icma.az
Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır. "Qarabağ"ın "Atletik"lə oyunundan gözləntilərim pozitivdir.
İlk iki oyunundan sonra bu matçda xal və ya xallar haqda düşünə bilərik".
Bu sözləri Sport24.az-a açıqlamasında Aslan Kərimov deyib.Təcrübəli mütəxəssis "Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsinin III turunda İspaniyada "Atletik"lə oyundan gözləntilərini bölüşüb:"Rəqibin daxili çempionatda işləri o qədər də yaxşı getmir.
Çempionlar Liqasında uğurlu başlaya bilməyiblər. Mərkəz müdafiəçiləri ÇL oyunlarında ağır görünür.
Düzdür, "Atletik" 4-4-2 ilə yüksək pressinqlə oynayan komandadır. Rəqiblərini sıxmağa çalışırlar, dərin oynayırlar.
Buna görə də riskli situasiya düşürlər. Cinahda oynayan futbolçularımız çox sürətlidir.
Nəriman Axundzadənin son matçlardakı performansı ürəkaçandır. Qurban Qurbanov yəqin ki, ilk iki oyundakı start heyətini meydana buraxacaq.
İkinci hissədə Nərimanın oyuna girməsi, "Qarabağ"ın gücünə güc qatacaq.
Tam oxu
Xəbəri oxu