Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 4 noyabr, AZƏRTAC “Misli Premyer Liqasının son turunda gözlənilməz nəticələr qeydə alındı”.Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu Aslan Kərimov Misli Premyer Liqasının XII turunun oyunlarını şərh edərkən deyib.O, “Qarabağ”ın “Turan Tovuz”la matçdakı xal itkisini süni meydança və azarkeş dəstəyi ilə əlaqələndirib: “Bu amillər ev sahibi komandanın xeyrinə işlədi.
Amma ümumi götürsək, hər kəs bu oyunda Ağdam təmsilçisinin qələbə qazanacağını düşünürdü.
“Turan Tovuz”un medalçılar sırasında yer alması qış fasiləsində reallaşacaq transferlərdən asılı olacaq.
Düşünürəm ki, komandaya hücumçu və iki mərkəz müdafiəçisi lazımdır.
Bunlar həyata keçsə, bölgə təmsilçisini növbəti il avrokuboklarda görə bilərik”.Mütəxəssis “Neftçi”nin “Araz-Naxçıvan”la görüşdəki məğlubiyyətinin (0:1) gözlənilməz olmadığını söyləyib: “Oyunun heç-heçə ilə bitəcəyini də gözləmək olardı.
Ancaq işlər başqa cür cərəyan etdi. Fikrimcə, “ağ-qaralar”ın XI turda “Səbail” üzərində qələbəsi aldadıcı olmamalıdır.
Çünki Samir Abasov yeni komanda formalaşdırır. Hazırda onun motivasiyadan başqa heç bir imkanı yoxdur.