Aslan Kərimov: Qurban Qurbanovun komandasının ən zəif cəhəti... | Icma.az
sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. "Heç kimə sirr deyil ki, oyunun favoriti "Qarabağ"dır.
Əlbəttə Ağdam təmsilçisinin də zəif tərəfləri var. "Araz-Naxçıvan" bundan nə qədər istifadə edə biləcək? Bax bu, sual doğurur.
Bu gün Qurban Qurbanovun komandasının ən zəif cəhəti standart vəziyyətlərdisə, hücum xətti ölkədə ən güclüdür.
"Araz-Naxçıvan" üçün bu məqam başağrı ola bilər". Bu sözləri Sport24.az-a açıqlamasında Aslan Kərimov deyib.
Təcrübəli mütəxəssis ölkə kubokunun yarımfinal mərhələsində keçiriləcək "Araz-Naxçıvan" - "Qarabağ" oyunu ərəfəsində şansları dəyərləndirib: "Yaxaladıqları şanslardan maksimum yararlana bilsə, "Araz-Naxçıvan" qalib gələ bilər.
Unutmayaq ki, naxçıvanlıların heyətində ciddi itkilər də var.
Onlar oynasa, bəlkə heç-heçə edə bilərlər, amma düşünmürəm ki, iki oyunun nəticəsinə görə "Qarabağ" məğlub olsun.
Kuboku başı üzərinə qaldırmağa ən real namizəd "Qarabağ"dır. Oyunçularının keyfiyyətləri o qədər yüksəkdir ki, onlarla ayaqlaşmaq çətindir.
Tam oxu
Xəbəri oxu