Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Türkiyəli aktrisa Aslı Bekiroğlu səhhətində yaranan problemlərlə bağlı yenidən əməliyyat olunacağını açıqlayıb.
BAKU.WS xəbər verir ki, aktrisa sosial media hesabında paylaşım edərək qarşıda onu daha bir cərrahi əməliyyatın gözlədiyini bildirib.
Qeyd edək ki, Bekiroğlu uşaqlığındakı miomanın götürülməsi üçün keçirdiyi ilk əməliyyat zamanı bağırsağının zədələndiyini, bunun isə ciddi fəsadlara səbəb olduğunu açıqlamışdı. O, daha əvvəl iki dəfə ölüm təhlükəsi ilə üzləşdiyini də bildirmişdi.
Aktrisa son paylaşımında "Daha bir əməliyyat çıxdı" sözləri ilə növbəti dəfə əməliyyat masasına uzanacağını qeyd edib.
Aslı Bekiroğlu bundan əvvəl səhhətindəki problemlər səbəbindən artıq səkkiz dəfə əməliyyat olunduğunu açıqlamışdı.