Aslı Bekiroğlu 9 cu dəfə əməliyyat olunacaq

26.09.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Məşhur türk aktrisa Aslı Bekiroğlu 9-cu dəfə əməliyyat olunmağa hazırlaşır.

“Yeni Sabah” xəbər verir ki, aktrisanın səhhətində yaranan problemlər uşaqlığındakı miomaların götürülməsi üçün keçirdiyi ilk əməliyyatdan sonra başlayıb. Əməliyyat zamanı bağırsağında yaranan fəsad səbəbindən Bekiroğlu ard-arda bir neçə dəfə əməliyyat olunmalı olub.

Hazırda müalicəsini davam etdirən aktrisa 9-cu əməliyyata hazırlaşdığını açıqlayıb. O, həkimlərinin yeni əməliyyatdan əvvəl arıqlamasını istədiyini bildirib. Toyuqlu pizza

Harbiye Açıq hava səhnəsində görüntülənən Bekiroğlu səhhətinin əvvəlkindən daha yaxşı olduğunu deyib. Kökəldiyini, lakin bunu problem etmədiyini bildirən aktrisa yenidən çəkiliş meydançasına qayıtmaq istədiyini vurğulayıb.

Bekiroğlu yaşadığı çətin dövrdə qurban kəsdiyini və nəzir etdiyini də açıqlayıb. O, bu barədə ətraflı danışmaq istəmədiyini bildirib.

Aktrisa şəxsi həyatında da hər şeyin qaydasında olduğunu və münasibətinin davam etdiyini söyləyib.

Aydan Hacı


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью