AŞnin Baş katibi Gürcüstana səfər edib

18.12.2024

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avropa Şurasının Baş katibi Alen Berse Gürcüstana səfər edib.

Bakıvaxtı.az xarici mediaya istinadən verir ki, bu barədə Gürcüstan XİN-nin mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində Alen Berse Baş nazir İrakli Kobaxidze, parlament sədri Şalva Papuaşvili, yeni seçilmiş Prezident Mixail Kavelaşvili və xarici işlər naziri Maka Boçorişvili ilə görüşlər keçirəcək.

Avropa Şurası Baş katibinin Gürcüstana rəsmi səfəri dekabrın 21-də başa çatacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью