ASO bu şəhərə Mehtər marşı ilə daxil oldu Video

02.12.2024

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Azad Suriya Ordusu PKK/YPG-nin nəzarəti altında olan Tel-Rıfatı terrorçulardan azad edib.

Axar.az xəbər verir ki, ASO-nun Tel-Rıfata Mehter marşı ilə daxil olduğunu əks etdirən görüntülər yayılıb.

Qeyd edək ki, bir neçə gündür “Heyət Təhrir əş-Şam” qruplaşmasının hücumu və onlarla kəndi, o cümlədən İdlib və Hələbi nəzarətə götürməsinin ardından Türkiyənin aktiv şəkildə dəstəklədiyi Azad Suriya Ordusu (Suriya Milli Ordusu) hərəkətə keçərək Tel-Rıfat şəhərinin mərkəzinə girib. Türkiyə sərhədindən 18 kilometr aralıda yerləşən Tel-Rıfat 8 ildir YPG/PKK terrorçularının nəzarətində idi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью