AŞPA ATƏT PAnın Azərbaycanla bağlı tutduğu ədalətli mövqeyi sarsıtmağa çalışır | Icma.az
Manset saytından verilən məlumata görə, Icma.az xəbər verir.
AŞPA ATƏT PA-nın Azərbaycanla bağlı tutduğu ədalətli və obyektiv mövqeyi sarsıtmağa çalışır.
Bunu Manset.az-a açıqlamasında Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının (PA) İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Baş Komitəsinin sədri Azay Quliyev qurumun Maltada keçirilən Büro iclasını şərh edərkən deyib.
Deputat bildirib ki, indiyə qədər heç bir ölkədə keçirilən seçkilər ATƏT PA-nın aidiyyəti strukturlarında iki dəfə müzakirə edilməyib: “Bildiyiniz kimi, ATƏT PA-nın Skandinaviya və Baltikyanı ölkələrdən - Danimarka, Finlandiya, Norveç, İsveç, İslandiya, Estoniya və Litvadan olan nümayəndə heyətlərinin rəhbərləri qurumun prezidenti Pia Kaumaya rəsmi məktubla müraciət ediblər.
Onlar Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı məsələnin Büro iclasının gündəliyinə salınmasını tələb ediblər və ona görə də məsələ müzakirəyə çıxarılıb".
O deyib Azərbaycandakı seçkilərin oktyabrın 2-də Daimi Komitədə müzakirə edilməsinə və seçkilərdən artıq üç ay keçməsinə baxmayaraq, bu məsələ Büro iclasının gündəliyinə daxil edilib.
Məktubu imzalayanların bəziləri həm də AŞPA-da təmsil olunduqları üçün onlar ATƏT PA-nı AŞPA-nın çirkin oyunlarına alət etmək istəyirdilər.
O xatırladıb ki, məlumdur ki, cari ilin yanvar ayında Azərbaycan nümayəndə heyətinin mandatının təsdiq edilməməsinə səs verən AŞPA-nın 26 ölkəsindən olan 76 deputatı haqlı olaraq arzuolunmaz şəxs elan edilib və onların Azərbaycana girişi qadağan olunub.
Tam oxu
Xəbəri oxu