Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ötən il yanvar ayında Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyəti 12 aylıq müddətə dondurulmuşdu.
Bu müddət sona çatıb. Lakin Azərbaycana qarşı yeni qərarların qəbul olunacağı və yeni məhdudiyyətlərin tətbiq ediləcəyi gözlənilir.Bakıvaxtı
Şvabe Azərbaycanın bir il müddətinə AŞPA-da səs hüququndan məhrum edilməsinin əsas təşəbbüskarlarından biridir.
Onun Azərbaycan və Türkiyə əleyhinə mövqeyi hamıya bəllidir.
Ötən ay almaniyalı deputat Azərbaycanı yanvar sessiyasında AŞPA-dan uzaqlaşdırılacağı ilə təhdid etmişdi.AŞPA-nın sessiyalarında mütəmadi iştirak edən hüquq müdafiəçisi Əhməd Şahidov Bakıvaxtı.az-a deyib ki, Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının rəsmi gündəliyində Yaxın Şərqdəki vəziyyət, Qəzza zolağında böhran, girovlar məsələsi, Gürcüstanda keçirilmiş seçkilərin nəticələri ilə bağlı məsələlər müzakirə olunacaq.Ekspertin sözlərinə görə, Avropa Şurasına üzv olan ölkələrdə humanitar məsələlər, insan haqları, demokratiya və s.
mövzular da gündəliyə salınıb:"Amma indidən artıq Azərbaycana qarşı müəyyən çıxışların hazırlandığı ilə bağlı xəbərlər, siqnallar gəlməkdədir.
Xatırladım ki, ötən ilin yanvar ayında Azərbaycan AŞPA-dakı fəaliyyətindən 12 aylıq müddətə uzaqlaşdırılmışdı.