AŞPA da Gürcüstanla bağlı debatlar keçiriləcək

24.01.2025

Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.

Yanvarın 27-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) toplantısında Gürcüstanla bağlı məsələ də müzakirə olunacaq.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, Gürcüstan patlamentinin sədr müavini Tea Tsulukianinin rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak edəcək.

Gürcüstan parlamentarilərinin toplantı çərçivəsində görüşləri planlaşdırılıb.

Qeyd edək ki, Gürcüstanın üç müxalif "Dəyişikliklər naminə koalisiya", "Vahid Milli Hərəkat" və "Güclü Gürcüstan" birlikləri AŞPA-da ölkənin parlament nümayəndəsi heyətinin təsdiq edilməməsi ilə bağlı qurumun prezidenti və parlament fraksiyalarına məktubla müraciət ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью