AŞPA “Gürcüstanda demokratiya və qanunun aliliyinə dəstək” adlı qətnamə qəbul edib

02.10.2025

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tbilisi, 2 oktyabr, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyası (AŞPA) “Gürcüstanda demokratiya və qanunun aliliyinə dəstək” adlı qətnamə qəbul edib.

AZƏRTAC xəbər verir ki, iclasda iştirak edən 77 nümayəndədən 68-i sənədin lehinə, 7-si əleyhinə səs verib, 2-si isə bitərəf qalıb.

Qətnamə layihəsinin mətnində deyilir ki, assambleya Gürcüstan hakimiyyətinin ölkədəki demokratik böhranla bağlı beynəlxalq ictimaiyyət tərəfindən paylaşılan narahatlıqlarına və tövsiyələrinə sistemli şəkildə məhəl qoymamasından dərin təəssüf hissi keçirir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью