AŞPA müstəvisində ölkəmiz əleyhinə hücumlar təşkil olunmaqdadır MÜNASİBƏT BİLDİRİLDİ | Icm…
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Avropa Şurasının ölkəmiz əleyhinə qərəzli münasibəti uzun müddətdir ki, özünü göstərir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, burada xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycanın Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirlərində öz torpaqlarını işğaldan azad etməsi belə görünür ki, AŞPA-dakı bəzi dairələri narahat edir: "Onlar Azərbaycanın gücünə, qüdrətinə inanmırdılar, düşündülər ki, işğal prosesi davam edəcək.
Burada öz maraqlarını təmin edəcəklər. Azərbaycan öz güclü liderinin və əzmkar xalqın iradəsi sayəsində torpaqlarını işğaldan azad etdi.
AŞPA müstəvisində ölkəmiz əleyhinə hücumlar təşkil olunmaqdadır.
AŞPA-da ölkəmiz əleyhinə qaldırılan təşəbbüslərə cavab olaraq bizim orada nümayəndə heyəti öz fəaliyyətini dayandırdı. Bu da doğrudur.
Hesab edirəm ki, Azərbaycan nümayəndə heyəti milli maraqlarını qorudu. Bu qərəzli münasibəti qəbul etmədi.
Tam oxu
Xəbəri oxu