AŞPA Qrenlandiya ilə bağlı qətnamə qəbul etdi

29.01.2026

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qərargahı Fransanın Strasburq şəhərində yerləşən Avropa Şurası Parlament Assambleyası (AŞPA) qış sessiyasında Qrenlandiya ilə bağlı qətnamə qəbul edib.

Turkustan.az xəbər verir ki, AŞPA-nın Strasburqda keçirilən qış sessiyasında "Beynəlxalq Nizama Təhdidlər: Qrenlandiya Nümunəsi" adlı təklif və hesabat müzakirə olunub.
Sessiyada keçirilən səsvermədə yuxarıda qeyd olunan təklif və hesabat yekdilliklə qəbul edildi.Təklifdə qeyd olunur ki, ABŞ-ın Danimarkanın suverenliyinə və ərazi bütövlüyünə qarşı son təhdidləri beynəlxalq nizamın üzləşdiyi fundamental çətinlikləri vurğulayır və əlavə olunur ki, "Artan gərginlik mühitində ərazinin əldə edilməsi, nəzarəti və ya köçürülməsi ilə bağlı açıq açıqlamalar mövcud beynəlxalq normalar barədə suallar doğurur".

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью