AŞPA və Qərb ölkələrinin parlamentləri ölkəmizin daxili işlərinə müdaxilə etməyə çalışır

07.12.2024

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

AŞPA və Qərb ölkələrinin parlamentləri ölkəmizin daxili işlərinə müdaxilə etməyə çalışırlar.

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən "Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda Beynəlxalq Parlament Konfransında deyib.

O qeyd edib ki, bu gün bir sıra ölkələrdə parlamentlər ikili standartlar alətinə çevirilib.

"Bunun əsas səbəbləri isə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi və milli maraqlarına uyğun siyasət yürütməsidir", - S. Qafarova əlavə edib.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью