Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.
Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik: - 2024-cü il Azərbaycan-Avropa Şurası Parlament Assambleyası (AŞPA) arasında münasibətlərdə heç bir irəliləyiş baş vermədi.
Gələn il üçün münasibətlərdə yeni bir səhifənin açılmasına ümidlər varmı? - Hazırda AŞPA-da dərin bir böhran hökm sürür.
Ona görə də, AŞPA-nın 2025-ci il yanvar sessiyasında daha çox gərginliyin olması proqnozlaşdırılır.
Hətta təşkilatla başqa ölkələr arasında ciddi problemlər, gərginlik yaranacaq.
Bunun fonunda indiki kriz vəziyyətindən çıxmaq üçün heç bir addım atılmayacaq. Ona görə ki, AŞPA rəhbərliyi tamam başqa bir yol seçib.
Real dəyərləri, qarşılıqlı hörmət, dialoq, anlaşma, ümumi vəziyyətin dərk olunması kimi anlayışlar kənara atılır.