Aşpazı Vudi Alleni məhkəməyə verdi

13.12.2024

Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vudi Allenin şəxsi aşpazı Hermi Fahardo işdən qovulduğu üçün rejissoru məhkəməyə verib.

Kulis.az xəbər verir ki, Fahardonun sözlərinə görə, onu ABŞ ordusunda hərbi təlim keçdiyinə görə işdən qovublar.

Belə ki, Hermi Fahardonu orduda təlim keçməyə çağırıblar. O, təlimdən qeyd olunan tarixdən bir gün gec qayıtdığı üçün rejissor onu işdən azad edib.

Qeyd edək ki, rejissor ona illik 85 min dollar məvacib ödəyəcəyini bildirmişdi.

“Həyatı sevirsənsə, vaxt itirmə” - Brüs Linin qeydləri Pavel Durov məhkəmədə dindirildi Filarmoniyada COP29-a həsr edilmiş konsert keçirildi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью