Asqırarkən qığırdağını SINDIRDI, xəstəxanalıq oldu

01.05.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Moskva vilayətinin Puşkino şəhərinin sakini asqırarkən qırtlaq nahiyəsini sındırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanallarında məlumat paylaşılıb.
Məlumata görə, gənc oğlan asqırarkən barmaqları ilə burnunu tutub. Daha sonra o, boğazında xırıltı səsi eşidib, ardınca boynunda və yanaqlarında şişkinlik yaranıb.
Onun köməyinə təcili tibbi yardım briqadası gəlib. Tibb işçiləri oğlanı xəstəxanaya aparıblar. Orada həkimlər xəstəyə qığırdaq sınığı və amfizem diaqnozu qoyublar.
 

"Asqırma zamanı bağ qırılıb və ağciyərlərdən hava əmələ gələn dəlikdən toxumaya sızıb. Bu vəziyyət konservativ şəkildə müalicə olunur", - deyə otolarinqoloq Mixail Doroş bildirib.


Həkim lavə edib ki, gənc oğlana traxeyadakı dəliyin bağlanması və qığırdağın bərpası üçün hormon terapiyası, antibiotiklər və tam istirahət təyin edilib.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью