Sherg.az saytına istinadən Icma.az xəbər verir. Əgər sözügedən suallar siyasi rəhbərliyi ünvanlansa, təəccüblü olmazdı və anlayışla qarşılan
Bunu Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan jurnalistlərə açıqlamasında deyib.
Asryan bildirib ki, silahlı qüvvələr yerində dayanmır, onlara verilən tapşırıqlar hazırda sərhəddə olan çağırışçı əsgərlərimiz tərəfindən yerinə yetirilir, müqaviləli əsgərlər isə öz tapşırığını yerinə yetirirlər.
Demarkasiya və delimitasiya nəticəsində Azərbaycan Ordusunun Cermuka bitişik əraziləri tərk edəcəyi ilə bağlı verilən sualı Asryan belə cavablandırıb.
Həmçinin qeyd edib ki, mən bu suala cavab verə bilmərəm, demarkasiya və delimitasiya komissiyası məhz buna görə mövcuddur.
Demarkasiya və delimitasiya işlərinin nəticələrini izləyəcəyik, onlar hər şeyi göstərəcək.Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a bildirib ki, Edvard Asryanın dedikləri ağıllı yanaşma kimi təqdim oluna bilər.
Çünki ,o, bir hərbiçidir:“Hərbiçinin də vəzifəsi Ali Baş Komandanın əmr və tapşırıqlarını müzakirəsiz yerinə yetirməkdir.
Edvard Asryana verilən siyasi yönümlü sual əslində düzgün istiqamətə ünvanlanmayıb.