“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır

05.10.2026

Marja.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Assist Finance İnvestisiya Şirkəti” ASC-nin 800 min manat həcmində istiqrazları Bakı Fond Birjasında (BFB) ticarətə buraxılacaq.

Marja.az xəbər verir ki, Bakı Fond Birjasının Listinq Komitəsi 5 oktyabr 2026-cı il tarixində şirkətin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verib.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 8 min ədəd diskontlu, təmin edilməmiş, sənədsiz, adlı istiqraz buraxılır. İstiqraz emissiyasının ümumi həcmi 800 min manat təşkil edir.

İstiqrazlara abunə yazılışı 7 oktyabr 2026-cı ildə başlayacaq və 21 oktyabrda başa çatacaq. Beləliklə, abunə müddəti 15 təqvim günü olacaq.

Minimum yerləşdirmə qiyməti 90 manatdır

Bir istiqraz üzrə minimum yerləşdirmə qiyməti 90 manat müəyyən edilib. Bu qiymətdən aşağı təqdim olunan sifarişlər qəbul edilməyəcək.

Yerləşdirmə zamanı sifarişlər ən yüksək qiymət təklifindən başlayaraq daha aşağı qiymətə doğru ardıcıllıqla icra olunacaq.

İstiqrazlar diskontlu olduğu üçün investorun gəliri nominal dəyərlə istiqrazın yerləşdirmə qiyməti arasındakı fərqdən formalaşacaq.

Məsələn, istiqraz minimum 90 manat qiymətlə yerləşdirilərsə və müddətin sonunda 100 manat nominal dəyər geri ödənilərsə, bir istiqraz üzrə gəlir 10 manat təşkil edəcək.

Müddət 182 gündür

İstiqrazların tədavül müddəti 182 gün müəyyən edilib. Ödəniş tədavül müddətinin sonunda həyata keçiriləcək və investor istiqrazın nominal dəyərini geri alacaq. İstiqrazların birjada ticarətə buraxılacağı tarix emitent tərəfindən ayrıca açıqlanacaq.

Emissiyanın ISIN kodu AZ2001020364-dür. Yerləşdirmənin anderrayteri də “Assist Finance İnvestisiya Şirkəti” ASC-dir.

İş elanları AzVak.az-da

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью