“Assist Finance”ın əməliyyat həcmi 19% azaldı

14.10.2026

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Assist Finance İnvestisiya Şirkəti” ASC 2026-cı ilin yanvar-sentyabr aylarına dair göstəricilərini açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, hesabat dövründə investisiya şirkətinin həyata keçirdiyi əməliyyatların ümumi maliyyə həcmi 2 milyard 566 milyon 168 min manat olub. "Yeni Sabah" xəbər verir ki, ötən ilin analoji dövründə bu rəqəm 3 milyard 172 milyon 337 min manat təşkil edirdi. Beləliklə, şirkətin ümumi əməliyyat dövriyyəsi illik müqayisədə 606 milyon 168 min manat və ya 19,1% azalıb.

Ümumi dövriyyənin enməsinə baxmayaraq, bəzi alətlər üzrə müsbət dinamika qeydə alınıb. Azərbaycan Respublikası Mərkəzi Bankının (ARMB) qiymətli kağızları üzrə əməliyyatlar 141,4 milyon manatdan 295,8 milyon manata yüksəlib. Səhm əməliyyatlarında da canlanma müşahid olunub — bu istiqamətdə həcm 29,9% (230 min manatdan çox) artaraq 1 milyon 709 manata çatıb. pizza

Bununla yanaşı, dövlət istiqrazları üzrə əməliyyat həcmi 66,4% geriləyərək 36,4 milyon manata, korporativ istiqrazlar üzrə əməliyyatlar 68,8% azalaraq 217 milyon manata, repo əməliyyatları isə 9,4% kiçilərək 2,01 milyard manata düşüb.

Dövriyyənin həcmində azalma yaşansa da, bağlanan müqavilələrin sayında artım qeydə alınıb — şirkətin icra etdiyi əməliyyatların sayı 8,9% artaraq 1311-dən 1428-ə yüksəlib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью