Assosiasiya: Azərbaycanda qızıl məmulatları kəskin bahalaşıb | Icma.az
Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq. Bu il Azərbaycanda qızılın qiyməti ciddi templərlə artıb.
Bunu açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev deyib.
O, bildirib ki, keçən ilin sonu ilə müqayisədə hazırda "999" əyarlı 1 qram qızılın qiymətində 58% artım müşahidə edilir: “Ötən ilin sonunda 999 əyarlı qızılın qiyməti 85 ABŞ dolları idisə, hazırda 135 ABŞ dollarıdır.
1 həftə öncə isə sözügedən qiymət 140 ABŞ dollarına qədər qalxmışdı.
Qiyməti çox yuxarı səviyyəyə çatdıqda bazarda tələbat enir və bu da birjada qızılın qiymətinin enməsinə gətirir.
Qızıl bahalaşdıqca zərgərlik məmulatları da bahalaşır. Hazırda 585 əyarlı, yəni 14 karat 1 qram qızılın qiyməti ƏDV nəzərə alınmadan 170 man
Hər iki əyardan olan qızılın qiymətində ilin əvvəli ilə müqayisədə 40-45% artım müşahidə edilir”.
Məlumat üçün deyək ki, bu gün səhər saatlarına Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,78% artaraq 4 141,34 ABŞ dollarına bərabər olub.
Tam oxu
Xəbəri oxu