Assosiasiya: Gələn il qızılın 1 unsiyası 3 000 dollara qədər bahalaşa bilər | Icma.az
Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2025-ci ildə dünya bazarında qızılın 1 unsiyasının qiyməti 3 000 ABŞ dollarına qədər arta bilər.
Bunu “Report”a açıqlamasında “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini, “Qiymətli metallar və qiymətli daşlar” üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov bildirib.
"Gələn il qlobal iqtisadi və geosiyasi amillərin təsiri ilə qızıl və gümüş qiymətlərində artımın davam edəcəyi ehtimal olunur.
Hazırkı siyasi gərginliklərin yaxın zamanda azalacağına dair ciddi əsasların olmaması bu proqnozu dəstəkləyir.
Regional münaqişələr və beynəlxalq münasibətlərdəki qeyri-sabitlik qızıla olan tələbatı artırır.
Xüsusilə Yaxın Şərqdə baş verən hərbi toqquşmalar və siyasi gərginliklər qlobal bazarlara ciddi təsir edir.
Bu bölgədə hərbi eskalasiya risklərinin artması nəticəsində investorlar təhlükəsiz aktivlərə, o cümlədən qızıla üstünlük verməkdə davam edirlər.
Tam oxu
Xəbəri oxu