Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız

09.06.2026

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Aviasiya detalları və təyyarələrin çatdırılmasındakı ləngimələr daşıyıcı şirkətlərə ciddi ziyan vurur. İstehsalçılar isə bu ləngimələri öz təchizatlarındakı gecikmələrlə izah edirlər. 

Avtosfer.az xəbər verir ki, hazır təyyarələrlə yanaşı, ehtiyat hissələrin çatdırılmasında da gecikmələr intensivləşib. Təyyarələr bəzən təmiz üçün aylarla anqarda qalır. Koronavirus pandemiyası nəticəsində yaranan təchizat zənciri pozulmaları bu gün də aradan qaldırılmayıb. Əlavə olaraq, Yaxın Şərq və Afrikadakı qarşıdurmalar da xammal qıtlığını böhran həddinə gətirib.

Məsələni Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) rəhbəri də dilə gətirib. Villi Volş həm təyyarə, həm də mühərrik istehsalçılarını ciddi tənqid edib: “Sifarişçilər 18 min təyyarənin çatdırılmasını gösləyirlər. Hava gəmilərinin orta yaşı 15-i ötüb. 5 minədək qənaətcil təyyarə çatışmır. Bu da yanacaq xərclərini artırır. Maşınlar qənaətcil olmadığı üçün hava şirkətləri yanacağa böyük pul ödəyir. Bəsdir bizi aldatdınız. Yaxşı işləyən, uzunömürlü mühərriklər istehsalına qayıdın. Səbr kasamız artıq daşır”.

IATA-nın Rio-de-Janeyro şəhərində keçirilən illik iclasında təyyarə istehsalçıları da çətinliklərini dilə gətiriblər.

Vüqar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью