Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakıda yol hərəkəti qaydasını pozan sürücü hərəkətə mane olub. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 6-da, paytaxtın Cavadxan küçəsində qeydə alınıb.
Belə ki, 77-NU-248 qeydiyyat nişanlı "Renault" markalı avtomobilin sürücüsü 40 km/saat sürətlə iki zolağın arası ilə hərəkət edib. Görüntünü qeydə alan sürücü iki dəfə yol istəsə də, həmin avtomobilin sürücüsü nə sağ zolağa keçib, nə də sürətini artıraraq sol zolaqla hərəkət edib. Növbəti yolayrıcında, svetoforun qırmızı işığında dayanan zaman maneə ilə üzləşən sürücü ona irad bildirib. Qaydalara əməl etməyən sürücü isə "sola dönürəm" deyərək özünə haqq qazandırmağa çalışıb.
Fərid