Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Rəsmi Astana, müvafiq müraciət daxil olacağı təqdirdə, Rusiya və Ukrayna arasında görüşləri öz ərazisində qısa müddət ərzində təşkil etməyə hazır olduğunu bildirib. Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, Qazaxıstan Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə, siyasi-diplomatik həllini ardıcıl olaraq dəstəkləyir. Ölkə daha əvvəl də dəfələrlə bəyan edib ki, tərəflər istək bildirdikləri təqdirdə, danışıqlar üçün bütün zəruri şəraiti yaratmağa və məkan təmin etməyə hazırdır. XİN qeyd edib ki, daxil olacaq hər hansı rəsmi müraciət təcili şəkildə nəzərdən keçiriləcək.
XQ