Astana və Pekin 2030 cu ilə qədər olan strateji planı imzaladı

16.07.2026

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkə.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Sənəd Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və ÇXR sədri Si Cinpinin danışıqlarının yekunlarına əsasən imzalanıb.

Danışıqlar zamanı tərəflər Qazaxıstan-Çin strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsi və ticarət-iqtisadi məsələlərdə əməkdaşlığı müzakirə ediblər.

Bundan əlavə, Tokayev iki ölkə arasında mədəni və humanitar əlaqələrin möhkəmləndiyini qeyd edib. O, bildirib ki, ötən il Qazaxıstana 1 milyondan çox Çin vətəndaşı səfər edib və hər iki ölkənin paytaxtlarında mədəniyyət mərkəzləri açılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью