Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə Dünya çempionatı başa çatıb. Azərbaycan millisinin üzvü Ali Tsokayev (92 kq) debüt etdiyi mundialı bürünc medalla başa vurub. O, iranlı Amirhüseyn Firuzpurbandbeyə 6:0 hesabıyla qalib gələrək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Bundan başqa, İslam Bazarqanov (57 kq), Turan Bayramov (74 kq) və Cəbrayıl Hacıyev (79 kq) bürünc medal uğrunda görüşdə məğlub olublar.
Beləliklə, sərbəst güləş üzrə milimiz 1 gümüş (Arseniy Djioyev (86 kq) və 2 bürünc (Ali Tsokayev (92 kq), Giorgi Meşvildişvili (125 kq) bürünc medalla ümumi komanda hesabında 4-cü yerdə başa vurub
Qabil YUSİFOĞLU
XQ