Astanada gümüş medal

27.10.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qazaxıstanın paytaxtı Astanada təşkil olunan yunan-Roma güləşi üzrə Dünya Çempionatında Azərbaycan milli komandasının aktivinə növbəti medal yazılıb.

Futbolpress.az xəbər verir ki, 63 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Nihat Məmmədli turnirin həlledici final qarşılaşmasında Ermənistan təmsilçisi Karen Aslanyanla üz-üzə gəlib.

Gərgin keçən görüşdə rəqibinə məğlub olan güləşçimiz mundialın gümüş medalına yiyələnib.

Mundialda digər milli üzvümüz Həsrət Cəfərov (67 kq) bu gün bürünc medal uğrunda təsəlli görüşünə çıxacaq.

Noyabrın 1-dək davam edəcək çempionatda daha əvvəl güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq dünya çempionu adını qazanıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью