futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatına uğurlu start verib.
Futbolpress.az xəbər verir ki, yığmamızın iki üzvü həlledici final mərhələsinə adlayaraq özləri üçün ən azı gümüş medalı təmin ediblər. Dünya çempionatlarının ikiqat gümüş mükafatçısı Sənan Süleymanov (77 kq) yarımfinalda iranlı Əli Zəbihullah Oskouya qalib gələrək finala yüksəlib. O, oktyabrın 25-də keçiriləcək qızıl medal uğrunda görüşdə moldovalı Aleksandrin Qutsu ilə qüvvəsini sınayacaq.
İlk yarış günündə mübarizə aparan digər təmsilçilərimiz isə medala gedən yolda məyus olublar. Murad Məmmədov (60 kq) 1/4 finalda qazaxıstanlı Aydos Sultanqaliyə (1:4), Qurban Qurbanov (82 kq) isə qırğızıstanlı Akjol Mahmudova (6:7, gedişatda 6:0 öndə olmasına baxmayaraq) məğlub olublar. Rəqiblərinin də sonrakı mərhələlərdə uduzması səbəbindən hər iki güləşçimiz təsəlliverici görüşlərdə iştirak etmək imkanından məhrum qalıblar.
Bununla da Azərbaycan yığması dünya çempionatının ilk günündən aktivinə iki medal yazdırıb. Çempionların adları oktyabrın 25-də keçiriləcək final qarşılaşmalarında bəlli olacaq.