Astanada İkinci “Mərkəzi Asiya Çin” sammiti keçirilir

17.06.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Astana, 17 iyun, AZƏRTAC

Qazaxıstanın paytaxtı Astanada ikinci “Mərkəzi Asiya-Çin” sammiti keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə regionun beş ölkəsi - Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistanın liderləri, həmçinin Çin Xalq Respublikasının sədri Si Cinpin iştirak edirlər.

Sammitin yekunlarına dair Astana Bəyannaməsi və “Əbədi dostluq, mehriban qonşuluq və əməkdaşlıq haqqında” Müqavilənin imzalanması planlaşdırılır.

İlk “Mərkəzi Asiya-Çin” sammiti 2023-cü il mayın 19-da Çinin Sian şəhərində baş tutub.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью