Astanada ilk dəfə eVTOL aerotaksisinin nümayiş uçuşu keçirilib

24.07.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Qazaxıstanın paytaxtı Astana şəhərində ilk dəfə olaraq şaquli qalxıb-enən elektrik hava gəmisi (eVTOL) əsasında fəaliyyət göstərən aerotaksinin təqdimat və nümayiş uçuşu keçirilib.

XQ xəbər verir ki, "Qazanat" ippodromunun ərazisində reallaşan bu tədbir ölkədə Şəhər Hava Mobilliyinin (Urban Air Mobility — UAM) inkişafında yeni mərhələ kimi dəyərləndirilir.

Nümayiş zamanı Çinin "AutoFlight" şirkəti tərəfindən istehsal olunan və 1 pilot daxil olmaqla 5 sərnişin daşıma kapasitəsinə malik "AutoFlight Prosperity" modelindən istifadə edilib. Bu müasir hava gəmisi saatda 200 kilometrədək sürət yığmaq və tək şarjla 200 kilometrədək məsafə qət etmək imkanına malikdir.

Strateji tədbir Qazaxıstanın "Alatau Advance Air Group Ltd." özəl şirkəti və onun beynəlxalq tərəfdaşı "AutoFlight" tərəfindən təşkil olunub.

Qeyd edək ki, Qazaxıstanda eVTOL sistemlərinin ilk sınaq uçuşları 2026-cı ilin may ayında Alatau şəhərində reallaşdırılıb. Ölkədə artıq eVTOL-ların, vertiportların və pilotsuz hava hərəkətini tənzimləyən idarəetmə sistemlərinin hüquqi statusunu təsbit edən müvafiq qanunvericilik bazası da formalaşdırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью