Astanada kafedə 20 nəfər zəhərlənib, aralarında uşaqlar da var

17.04.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Astana, 17 aprel, AZƏRTAC

Astanada şəhər kafelərindən birində yemək qəbulundan sonra bağırsaq infeksiyasına kütləvi yoluxma halı qeydə alınıb.

AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, zərərçəkənlərin sayı 20 nəfər təşkil edir, onlardan 11-i uşaqdır. Faktla bağlı ictimai iaşə obyektində araşdırma başlanıb.

“Qida məhsulundan nümunə laboratoriyaya göndərilib, ətraf mühitdən nümunələr götürülüb, şəxsi heyət müayinədən keçirilib. Araşdırma və epidemiya əleyhinə tədbirlər davam etdirilir”, – deyə Astana şəhərinin Sanitar-Epidemioloji Nəzarət Departamentinin sədr müavini Janna Praliyeva bildirib.

Həmçinin hadisə ilə bağlı polis idarəsi tərəfindən ilkin istintaqa başlanılıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью