Astanada keçirilən nüfuzlu olimpiadada azərbaycanlı məktəblilərə səkkiz medal təqdim olunub AZƏRTAC

18.01.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Astana, 18 yanvar, AZƏRTAC

Azərbaycan məktəbliləri yanvarın 13-dən 17-dək Astanada keçirilən riyaziyyat, fizika və informatika üzrə XXI Beynəlxalq Jautıkov Olimpiadasında (IZhO 2025) iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, olimpiadanın iki turunun yekunlarına görə, azərbaycanlı iştirakçılar bir qızıl və yeddi bürünc medal qazanıblar.

Olimpiadada ümumilikdə 15 ölkədən 700-dən çox məktəbli iştirak edib. Beynəlxalq münsiflər heyəti tərəfindən tərtib edilmiş məsələlər ixtisas siniflərinin proqramına uyğun olub.

Beynəlxalq Jautıkov Olimpiadası 2005-ci ildən Qazaxıstan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Olimpiadanın məqsədi şagirdlər arasında fizika-riyaziyyat elmlərini təbliğ etmək, beynəlxalq əməkdaşlığı inkişaf etdirmək, müxtəlif ölkələrin ixtisaslaşmış məktəbləri arasında dostluq münasibətləri qurmaq, təcrübə mübadiləsi aparmaqdır.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью