Astanada külək şəhər infrastrukturuna ziyan vurub

06.11.2024

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Qazaxıstanın paytaxtı Astanada güclü külək infrastruktura ziyan vurub.

"Report" xəbər verir ki, pis hava şəraiti ilə əlaqədar paytaxt məktəblərində dərslərin müddəti azaldılıb, xilasedicilər sakinləri təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırıb.

Sinoptiklərin məlumatına görə, gücü saniyədə 23-28 metrə çatan cənub-qərb küləyi arabir saniyədə 30 metrə qədər güclənir.

Hadisə şahidlərinin sözlərinə görə, külək kranları və dayanacaqları aşırıb. Küçələrin birində evin fasadının bir hissəsi avtomobilin ön şüşəsinin üzərinə düşüb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью